ATƏT-in Minsk qrupundan XİN başçılarının görüşü ilə bağlı BƏYANAT – Razılaşmanın bəndləribackend

ATƏT-in Minsk qrupundan XİN başçılarının görüşü ilə bağlı BƏYANAT - Razılaşmanın bəndləri

ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 30-da Cenevrədə Azərbaycan və Ermənistanın Xarici işlər nazirlərinin görüşünə dair bəyanat yayıblar.

KONKRET.az xəbər verir ki, həmsədrlər bəyanatda bir daha tərəfləri oktyabrın 17-də Parisdə və 25-də Vaşinqtonda təsdiqlədikləri 10 oktyabr – Moskva Birgə Bəyanatına uyğun olaraq, humanitar atəşkəsin dərhal qurulması da daxil olmaqla, öz öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırıblar.

Bəyanatda qeyd edilir ki, atəşkəs və ya digər öhdəliklərin yerinə yetirilməsinə dair ön şərt irəli sürmədən tərəflər təcili əsasda aşağıdakılar da daxil olmaqla, bir sıra addımlar atmağı qəbul edirlər:

– Tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəf almayacaqlar;

– Tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin fəaliyyətini asanlaşdırmaq üçün lazımi təhlükəsizlik zəmanətlərini verərək, döyüş sahəsindəki cəsədlərin toplanması və mübadiləsinin həyata keçirilməsində fəal iştirak edəcəklər;

– Tərəflər bir həftə ərzində BQXK və şəxsi nümayəndənin ofisinə mümkün mübadiləni təmin etmək məqsədi ilə həbsdə olan hərbi əsirlərin siyahısını təqdim edəcəklər;

– Tərəflər 10 oktyabr birgə bəyanatının 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsi mexanizmləri ilə bağlı şərh və sualları yazılı şəkildə təqdim edəcəklər.

Daha sonra bəyanatda bildirilir ki, tərəflər 10 oktyabr birgə bəyanatının 3-cü bəndinə uyğun olaraq, hərtərəfli həllin əsas elementləri üzrə danışıqlarla bağlı mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı fikir mübadiləsi aparıblar.

Yekunda həmsədrlər münaqişənin sülh yolu ilə həll edilməsi üçün tərəflərlə intensiv çalışmağa davam edəcəklərini bildiriblər.

  • İbrahim
    Oktyabr 31, 2020 - 07:32

    Bu terrorist ermənilər birazdan atəşkəsi pozacaq və qəbul edilənlərin heç birinə əməl etməyəcəklər. Çünki onlar həmişə avropadan dəstək alıblar və arxayındılar.
    1993-də H.Əliyev ilə erməni prezidenti atəşkəs razılığı imzalamışdı. Atətin minsk qrupu da Qarabağda idi onlar Qarabağda ola ola erməni ekstremistləri Zəngilanı işğal etdilər. Erməni terroru davam edir. Ermənilər ancaq bir dildin anlayır kütləvi qırılmalıdlr və qafqazda erməni terrorizminin kökü kəsilməlidir.
    O faşistlər biz əsirləri belə saxlamırlar. Əsirlərin hamısını vəhşicəsinə öldürüblər.
    Bunlarla danışmaq gülüncdür.bular insan deyil ki danışasan!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*