Melaniya Tramp: Rusiya və Ukrayna arasında Milad bayramına qədər atəşkəs əldə oluna bilərbackend

Melaniya Tramp: Rusiya və Ukrayna arasında Milad bayramına qədər atəşkəs əldə oluna bilər

ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna arasında dekabrın 25-dək atəşkəs razılaşmasının əldə olunacağına ümid etdiyini bildirib.

KONKRET.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalının “The Five” proqramında çıxışı zamanı danışıb.

Melaniya Tramp dünyada daha çox atəşkəs razılaşmasının əldə olunmasını arzuladığını bildirib. Onun sözlərinə görə, Rusiya və Ukrayna danışıqlara hazır olarsa, ABŞ tərəflər arasında atəşkəsin təmin edilməsinə qısa müddətdə nail ola bilər.

“Beləliklə, ola bilsin ki, Milad bayramına qədər daha bir atəşkəs razılaşması əldə edək”, – deyə ABŞ-ın birinci xanımı vurğulayıb.

Melaniya Tramp bununla da Rusiya və Ukrayna arasında hərbi əməliyyatların dayandırılması istiqamətində diplomatik səylərin nəticə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Günay Əli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*