“Avqust ayı üzrə 190 manatlıq sosial ödəniş təkrar yoxlama aparıldıqdan sonra insanlara veriləcək”.
KONKRET.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, bu dövrdə kimlərsə yenidən işləyə bilər, əmək müqaviləsi imzalaya bilər, kimlərsə aztəminatlı meyardan çıxa bilər:
“Buna görə meyarlar üzrə təkrar yoxlama aparılacaq və yekun rəqəm bundan sonra açıqlanacaq ki, dördüncü ödəniş nə qədər insanı əhatə edəcək”.
“Sosial ödənişlərin 210 milyon manatı Dövlət Sosial Müdafiə Fondunun keçən il aparılan islahatlar, saxta işlərin ləğvi hesabına ödənilir”.

Salam.Mənim xalama 2ay 190 manat verildi iyul ayı isə karta pul vurulmadı heç bir yerdə işləmir heç bir müavinət də almır.
Əslində mənim də ehtiyacım var idi o pula.2övladım var.məcburi köçkünəm yoldaşımdan ayrılmışam.tələbəyəm.adına pul kəsilsədə ödəmir tək yaşayırıq.33 manat məcburi köçkünlüyə görə pul alıram.1aya 33 manatla 3adam necə dolansın? 2si körpədir.xaiş edirəm sualımı cavablandırın.Mənə 190 manata görə imtina gəlir ki müavinət alırsınız.hansı məmur 33 manatla 2 körpə uşaq saxlıya bilərsə mənədə yazsın məndə bilim.
Lenkarani iyul ayinin20sne kimi sert karantinda olub lenkarandaki iwsizlere 190 manat verilecekmi?