backend

Avqustun 15-də açıq havada olan kafe və restoranların fəaliyyətinə icazə veriləcək? - Operativ Qərargahdan AÇIQLAMA

Operativ Qəragah avqustun 31-nə kimi uzadılan sərt karantin rejimin yumşaldılması barəsində qərar qəbul edib. Qərara əsasən avqusutun 10-u saat 00.00-dan etibarən bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə veriləcək. Qeyd edək ki, qərara əsasən yenə də kafe və restoranların fəlaiyyəti bərpa olunmadı. Avqustun 15-dən sonra açıq havada olan kafe və restoranlar açıla bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə heç bir qərar yoxdur: “Bilirsiniz ki, dünən müəyyən yumşalmalar barədə qərar qəbul edildi. Kafe və restoranların nə zaman açılacağı barəsində hələlik heç bir məlumat yoxdur. Bu barədə qərar qəbul edilərsə, məlumat veriləcək”.

Deputat Müşfiq Cəfərov isə bildirib: Düşünürəm ki, açıla bilər: “Bir neçə deputat həmkarım da bu məsələni Milli Məclisdə səsləndirdi. Kafe və restoranlarda işəyənlərin çoxusu günəmuzd çalışanlardır. O səbəbdən də bu sahədə yumşalmanın olması vacibdir. Ən azından çöl şəraitində kafe və restoranlara icazə verilsin. Onsuz da yaydır. Yayda ədadətən insanlar çöl şəraitində oturmağa üstünlük verirlər. Ona görə belə kafe və restoranlara icazə verilsə, yaxşı olar. İnanıram ki, açıq havada olan kafe və restoranların fəaliyyətinə icazə veriləcək”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*