Avropa Ukraynadakı münaqişənin həllinə kömək edə bilməz və ABŞ-ın Rusiya ilə birlikdə bunu mümkün qədər tez edəcəyinə ümidvarıq.
KONKRET.az xəbər verir ki, bunu Almaniya üçün Alternativ Partiyasının lideri Alisa Vaydel deyib.
“Biz Ukraynada sülh istəyirik. Sülh danışıqlarına sadiqik. Prezident Tramp seçki kampaniyası dövründə sülhü müdafiə edən yeganə şəxs idi və ümid edirəm ki, ABŞ və Rusiya bu dəhşətli müharibəyə ən qısa müddətdə son qoyacaq. Çünki təəssüf ki, Avropa artıq bunu edə bilmir”, – Vaydel bildirib.//axar.az