Zelenskidən MÜJDƏ: Müharibə bu tarixdə bitəcəkbackend

Zelenskidən MÜJDƏ: Müharibə bu tarixdə bitəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Qərb İttifaqı (Aİ) sammitində çıxış edərək bildirib ki, Avropanın gələcəyi Ukraynanın müdafiə qabiliyyəti ilə sıx bağlıdır və Kiyevin Aİ-yə sürətləndirilmiş üzvlüyü ən yaxşı təhlükəsizlik təminatı ola bilər.

KONKRET.az xəbər verir ki, Reuters-in məlumatına görə, Zelenski hər demokratik Avropa ölkəsinin Aİ üzvü olmağa layiq olduğunu deyib və Ukraynanın azadlıq və müstəqillik uğrunda böyük “qiymət ödədiyini” vurğulayıb.

Prezident çıxışında bəzi Aİ üzvlərinin sürətləndirilmiş üzvlüyə dəstək vermədiyini də etiraf edib. Xüsusilə, Macarıstanın Aİ Şurasının bəyanatından müvafiq bəndlərin çıxarılmasını tələb etdiyi bildirilir.

Zelenski həmçinin Ukraynanın müharibəni ilin sonunadək bitirmək istədiyini deyib və Avropa ölkələrini ölkənin qış mövsümünə hazırlığı üçün hava hücumundan müdafiə raketləri, yanacaq və enerji avadanlıqları ilə dəstək verməyə çağırıb.

Onun sözlərinə görə, müharibə davam edərsə, Ukraynaya əlavə enerji resursları və ən azı 300 raketdən ibarət müdafiə paketi lazım olacaq.

Zelenski əlavə edib ki, Avropanın təhlükəsizliyi Ukraynanın maliyyələşdirilməsi və müdafiə imkanlarının gücləndirilməsindən asılıdır. O, Aİ və tərəfdaş ölkələri Ukraynaya dəstək üçün yeni maliyyə mexanizmləri hazırlamağa çağırıb, həmçinin Avropa Sülh Fondundan 6 milyard avro ayrılmasını təklif edib.

Prezident eyni zamanda Ukraynanın Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib, lakin Rusiyaya qarşı təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Moskva üzərində sanksiyalar gücləndirilməli və Ukraynaya dəstək fasiləsiz davam etməlidir.

Zelenski bildirib ki, atəşkəs və təhlükəsizlik zəmanətləri olmadan münaqişə davam edərsə, Rusiya yenidən müharibəyə qayıdar və bu dəfə digər ölkələr də təhlükə ilə üzləşə bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*