Bu bazar günü Azərbaycanda yay fəsli başlayacaq – İlin ən uzun gündüzü olacaqbackend

Bu bazar günü Azərbaycanda yay fəsli başlayacaq - İlin ən uzun gündüzü olacaq

Bu il yay fəsli (Yay günəş duruşu) Azərbaycanda iyunun 21-i Bakı vaxtı ilə saat 12:24-də başlayacaq.

KONKRET.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu tarixdə Şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayacaq. Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gələcək. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73.1°) olacaq.

Həmin gün ilin ən uzun gündüzü və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 03 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq. Yay fəsli 93 gün 15 saat 40 dəqiqə 42 saniyə davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*