Avropa Parlamenti Ermənistanı təhlükəsizlik sahəsində tərəfdaşlığı şaxələndirməyə çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi məlumat yayıb. AP iddia edir ki, Ermənistanın Rusiya və KTMT-dəki müttəfiqlərinə qarşı “uzun müddətli oriyentasiyası” regionda təhlükəsizliyi təmin etmək üçün kifayət etmir.
Avropa Parlamenti Ermənistanı təhlükəsizlik sahəsində “tərəfdaşlığı diversifikasiya etməyə” çağırıb.
Qətnamə layihəsində qeyd olunur ki, Ukraynadakı vəziyyət “Cənubi Qafqaza təsir edir və regionda təhlükəsizlik vəziyyətini daha da çətinləşdirir”.
Bununla bağlı AP komitəsi hesab edir ki, Ermənistan təhlükəsizlik sahəsində xarici siyasət vektoruna yenidən baxmalıdır.
Avropa Parlamenti Ermənistanı təhlükəsizlik üzrə tərəfdaşlıqlarını genişləndirməyi nəzərdən keçirməyə çağırıb. Çünki onun uzun müddət Rusiyaya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə müttəfiqlərinə diqqəti yetərli deyil.
Avropa Parlamenti həmçinin Ermənistanın ərazi bütövlüyünə tam əməl edilməli olduğunu qeyd edib və “Aİ-nin regionda uzanan münaqişələrin həllində daha fəal iştirak etməyə hazır olduğunu” vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
