İtaliyanin Turin şəhərində keçirilən 66-cı “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib.
KONKRET.az xəbər verir ki, ümumilikdə 25 ölkənin vəsiqə qazandığı final mərhələsində 631 səslə Ukrayna (Kalush Orchestra – Stefania) bütün rəqiblərini qabaqlayaraq müsabiqənin qalibi olub.
459 səslə İspaniya ikinci, 438 səslə isə İsveç üçüncü olub.
Azərbaycan təmsilçisi Nadir Rüstəmli 106 səslə müsabiqədə 16-cı olub. Yunanıstan, Serbiya və İspaniya milli münsiflər heyəti Azərbaycana 12 səs verib.
Bu musiqi festivalı tam siyasiləşib
Bu musiqi festivalı tam siyasiləşib deyə əsil mənasını və mahiyyətini itirib demək olar.
Bu müsabiqə ləğv edilməlidir. Musiqini siyasiləşdirmək olmaz