Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır – FOTObackend

Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır – FOTO

Sosial şəbəkələrdə və satış saytlarında iribuynuzlu heyvanların öd daşının alqı-satqısı ilə bağlı elanlar yenidən gündəmə gəlib. Belə ki, bəzi şəxslər müxtəlif xəstəliklərin müalicəsi məqsədilə qəssablara müraciət edərək heyvanın ödündən çıxan daşı almağa çalışır. İddialara görə, hazırda bu daşlar daha da bahalaşıb, qramı 20-25 manata təklif olunur.

Doğrudanmı mal-qaranın öd daşının faydası var?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan heyvandarlıq sahəsi üzrə ekspert Tural Abdullayev deyib ki, mal-qaranın öd daşına tələbatın artmasının əsas səbəbi onunla bağlı formalaşan ənənəvi və elmi olmayan inanclardır:

“Xalq arasında bu daşın xüsusilə qaraciyər, öd yolları və bəzi iltihabi xəstəliklərə qarşı faydalı olduğu düşünülür, buna görə də insanlar alternativ müalicə vasitəsi kimi ona maraq göstərirlər. Heyvandarlıq və baytarlıq baxımından isə bu iddiaların elmi təsdiqi yoxdur.

2023 02 08 15 17 12HSQH5MMhczM4ufB1mgVH file

Öd daşı əslində heyvanın orqanizmində yaranan patoloji törəmədir və müalicəvi xüsusiyyət daşıdığı sübut olunmayıb. Buna görə də belə məhsulların istifadəsi həm effekt verməyə, həm də sağlamlıq baxımından risk yarada bilər”.

Ekspert bildirib ki, deyilən qiymətlər sabit və rəsmi deyil:

“Elan saytlarında və qeyri-rəsmi satışlarda mal-qaranın öd daşı ilə bağlı qiymətlər adətən razılaşma yolu ilə və dəyişkən olur. Bazarda daha çox qramı 20-25, bəzi hallarda isə nadir və böyük daşlar üçün ümumi qiymət 80-100 manat, hətta daha yuxarı deyilir. Yəni qiymət standart deyil, çünki bu məhsulun rəsmi bazarı yoxdur. Dəyər əsasən daşın ölçüsü, nadirliyi və alıcı tələbi ilə formalaşır. Bəzi hallarda satıcılar qiyməti şişirdir, çünki alıcılar bunu “müalicəvi” hesab edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*