Avstraliya Federal Polisi Melburn dəniz limanında dəyəri 40 milyon dollardan çox olan kokain ələ keçirib.
KONKRET.az xəbər verir ki, narkotiklər Cənubi Amerikadan gələn yük gəmisinin gövdəsinin alt tərəfində gizlədilib.
“Melburnda yük gəmisinin gövdəsində gizlədilən 150 kq-dan çox kokain ələ keçirilib”, – deyə idarədən bildirilib.
Polis in məlumatına görə, narkotik axtarışı üçün Avstraliya sərhədçiləri sualtı pilotsuz uçan aparatdan istifadə etməli olublar.
Ariz Həsənoğlu,
KONKRET.az