“İsrail heç vaxt Livandan çıxmayacaq” – Smotriç HƏDƏLƏDİbackend

"İsrail heç vaxt Livandan çıxmayacaq" - Smotriç HƏDƏLƏDİ

İsrail İranın dəstəklədiyi “Hizbullah” qruplaşması Cənubi Livanda fəaliyyətini davam etdirdiyi müddətdə və hazırkı İsrail hökuməti hakimiyyətdə olduğu dövrdə bölgədən qoşunlarını çıxarmayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin maliyyə naziri Betsalel Smotriç açıqlama verib.

Smotriç İsrail ordusunun radiosuna müsahibəsində bildirib ki, “Hizbullah” Livanda mövcud olduğu müddətdə İsrailin Livandakı təhlükəsizlik zonasından, o cümlədən Bofort silsiləsindən geri çəkilməsi baş verməyəcək.

Nazirin sözlərinə görə, “Hizbullah” tamamilə ləğv edilməli, Livan hökumətindən kənarlaşdırılmalı və İsrailə təhlükə yarada biləcək bütün hərbi imkanlardan məhrum edilməlidir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*