Anar Quliyev: Füzulidə inşa olunan məscid Türkmənistanla qardaşlığımızın növbəti nümunəsidirbackend

Anar Quliyev: Füzulidə inşa olunan məscid Türkmənistanla qardaşlığımızın növbəti nümunəsidir

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərində Türkmənistanın dəstəyini yüksək qiymətləndiririk”. Bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Türkmənistanın sənaye və tikinti istehsalı naziri Toyqulı Nurov ilə keçirilən görüş zamanı səsləndirib.

KONKRET.az xəbər verir ki, Komitə sədri qeyd edib ki, Füzuli şəhərində inşa olunan məscid unikal bir memarlıq nümunəsi olmaqla yanaşı, Azərbaycan və Türkmənistan xalqları arasında mövcud olan sarsılmaz dostluğun, qardaşlığın və ortaq mənəvi dəyərlərin təzahürüdür. Bu layihə iki ölkə arasında humanitar və mədəni bağların daha da möhkəmləndiyini nümayiş etdirir.

Görüş çərçivəsində Azərbaycan və Türkmənistan arasında formalaşmış qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və gələcək inkişaf istiqamətləri geniş şəkildə müzakirə olunub. Tərəflər xüsusilə şəhərsalma, tikinti və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*