Ermənistan hüquq-mühafizə orqanlarının İşxan Saqatelyanın evinə daxil olduğu bildirilib.
KONKRET.az xəbər verir ki, məlumatı “Ermənistan” fraksiyasının deputatı Geqam Manukyan açıqlayıb.
Onun sözlərinə görə, özü və vəkil Sergey Arutyunyanın evə daxil olmasına icazə verilmir.
Hazırda hüquq-mühafizə orqanlarının hansı səbəbdən əməliyyat apardığı məlum deyil.
Qeyd edək ki, İşxan Saqatelyan Ermənistan Erməni İnqilabi Federasiyası “Daşnaksütyun”un Ali Orqanının nümayəndəsi və Ermənistanın sabiq prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” fraksiyasının deputatıdır.
Müşviq Tofiqoğlu
KONKRET.az
