ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Den Neqri BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında bildirib ki, Vaşinqton Ukraynanın azadlığı və suverenliyinin müdafiəsində dəstəyini davam etdirir.
KONKRET.az xəbər verir ki, “Ukrinform”un məlumatına görə, Neqri Rusiyanı yenidən danışıqlara qayıtmağa və sülh sazişi imzalamağa çağırıb.
O, vurğulayıb ki, bu müharibədə zaman Moskvanın xeyrinə işləmir.
ABŞ rəsmisi qeyd edib ki, Vaşinqton Ukrayna xalqına dəstəyində qətiyyətlidir.
O, Rusiyanın Ukraynanın kritik infrastrukturu və mədəni irsinə qarşı hücumlarını, xüsusilə Kiyev-Peçersk lavrasına endirilən zərbələri pisləyib.
Den Neqri bildirib ki, müharibə artıq həddindən artıq uzun çəkib və diplomatik yolla başa çatmalıdır.
Onun sözlərinə görə, Rusiya hər ay təxminən 40 min hərbçisini ölü və yaralı olaraq itirir, ölkə iqtisadiyyatı isə ciddi çətinliklərlə üzləşib. Eyni zamanda,
Ukraynanın döyüş meydanında innovativ yanaşmaları artırdığı qeyd olunub.
BMT Təhlükəsizlik Şurası iyunun 22-də Ukraynanın tələbi ilə fövqəladə iclas keçirib. Buna səbəb Rusiyanın iyunun 15-nə keçən gecə Ukrayna şəhərlərinə onlarla raket və yüzlərlə dronla həyata keçirdiyi genişmiqyaslı hücum olub.
Müşviq Tofiqoğlu
KONKRET.az
