Avstraliyada aborigenlərlə bağlı referendum KEÇİRİLƏCƏKbackend

Avstraliyada aborigenlərlə bağlı referendum KEÇİRİLƏCƏK

Oktyabrın 14-də Avstraliya konstitusiyasında aborigenlərin tanınması və  səsvermə hüququ ilə bağlı referendum keçiriləcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albaneze bildirib.

Onun sözlərinə görə, oktyabrın 14-nə planlaşdırılan referendum Avstraliyada keçiriləcək ilk plebisit olacaq:

“Avstraliyalılar siyasi partiyaya və ya bir şəxsə səs verməyəcəklər. Onlar ölkəni birləşdirməyə və yerli avstraliyalıları konstitusiyada tanımağa kömək edəcəklər”.

Baş nazir bildirib ki, Avstraliya konstitusiyasına edilən düzəlişlər təsdiqlənəcəyi təqdirdə “Səs” adlı xüsusi qurum yaradılacaq. Yerli avstraliyalılardan ibarət bu komitə aborigenlərin nə istədiyi barədə hökumətə məsləhət verəcək.

Qeyd edək ki, referendum təklifi Avstraliya hökuməti tərəfindən martın 23-də parlamentə təqdim edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*