Avstriyanın maliyyə naziri Maqnus Brunner ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o, elektrikli skuterdən yıxılıb.
Bildirilib ki, hadisə ötən gecə Brunner Avstriya parlament binasının açılış mərasimindən evə qayıdarkən baş verib.
Nazirin durumu orta-ağır olaraq qiymətləndirilir.
