İsraildə parlament seçkiləri oktyabrın 27-nə təyin edilib, Knessetin buraxılması isə iyulun 17-nə planlaşdırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
İsrailin “12-ci kanal”ının məlumatına görə, bu, 38 il ərzində qanunla müəyyən edilmiş müddətdə keçiriləcək ilk seçkilər olacaq. Hazırkı Nazirlər Kabineti isə 53 il ərzində öz səlahiyyət müddətini tam başa vuran ilk hökumət olub.
Daha əvvəl baş nazir Binyamin Netanyahu payız seçkilərində iştirak etmək niyyətində olduğunu bildirmişdi; siyasətçi qələbə qazanacağına ümid edir.
