Yunan nəşri: İsrail ermənilərə görə geri çəkildi, Azərbaycan…backend

Yunan nəşri: İsrail ermənilərə görə geri çəkildi, Azərbaycan...

İsrail hökuməti 1915-ci il hadisələrinin qondarma “erməni soyqırımı” kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsini dayandırıb.

KONKRET.az xəbər verir ki, Yunanıstanın ProtoThema nəşri bu qərarın Azərbaycanla münasibətlərə mənfi təsir riskinin nəzərə alınaraq verildiyini yazıb.

Nəşrin məlumatına görə, İsrail Azərbaycanın qəti mövqeyini və iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyətini nəzərə alaraq, Knessetdə bu təşəbbüsün irəlilədilməsini dayandırıb.

ProtoThema yazır ki, İsrailin sözügedən məsələ ilə bağlı mövqeyinə regiondakı geosiyasi vəziyyətin ciddi dəyişməsi və Türkiyə ilə münasibətlərdə yaranmış kəskin gərginlik təsir göstərib.\\musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*