Avtomobil ağaca çırpıldı – Xəsarət alanlar varbackend

Avtomobil ağaca çırpıldı - Xəsarət alanlar var

Oğuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Mollalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlardan biri Oğuz Rayon Mərkəzi Xəstəxanasına, digərinin vəziyyəti ağır olduğu üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*