“Avtovağzal”dan bütün stansiyalara getmək mümkün olacaq – Yenilikbackend

“Avtovağzal”dan bütün stansiyalara getmək mümkün olacaq – Yenilik

Bakı metropolitenində dörd keçid stansiyası olacaq.

KONKRET.az bildirir ki, bunu Oxu.Az-ın yeni “Oxucu soruşur” layihəsinin qonağı olan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib.

Bakı metrosunda tarixi yenilik: Avtovağzaldan bütün stansiyalara getmək mümkün olacaq

O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:

“Bakı metropoliteninin “bənövşəyi”, “yaşıl” və “qırmızı” xətləri bir-biri ilə kəsişəcək və bu da sərnişinlərə bir xətdən digərinə keçid imkanı verəcək. Yəni “Avtovağzal” stansiyasından metroya daxil olan sərnişin “Nizami” stansiyasından keçməklə “Sahil” stansiyasına gedə biləcək.

Bu vaxta qədər “yaşıl” və “qırmızı” xətlər arasında yalnız bir keçid stansiyası var idi – “28 May” stansiyasında. “Yaşıl” xətdən gələn sərnişinlər bu stansiyadan “qırmızı” xəttə keçid edə bilirdilər. Amma indi təkcə “bənövşəyi” xəttin altı stansiyasının üçü həm də keçid funksiyası daşıyacaq. Sərnişin “Avtovağzal” stansiyasından metroya daxil olub, istəsə, “Memar Əcəmi” stansiyasından keçid edib “Elmlər Akademiyası” stansiyasına gələcək, istəsə, “Nizami” stansiyasından.

Digər keçid stansiyamız “Sahil” stansiyasının yanında inşa olunacaq. Bu keçid stansiyası vasitəsilə sərnişinlər “bənövşəyi” xəttin “Avtovağzal” stansiyasından metroya daxil olmaqla “Sahil” stansiyasına, oradan isə “qırmızı” xətt üzrə “Əhmədli”, “Həzi Aslanov” stansiyasına gedə biləcəklər.

Daha bir keçid stansiyamız isə “Xətai” stansiyasının yanında inşa ediləcək ki, sərnişinlər bu stansiya vasitəsilə də digər xətlərə keçid edə biləcəklər. Bununla da metro stansiyaları yerüstü nəqliyyatın yükünü azaldacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*