Avtoxuliqanlıq edən sürücü həbs edildibackend

Avtoxuliqanlıq edən sürücü həbs edildi

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gecə saatlarında idarə etdiyi “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan N.Məmmədov saxlanılıb.

KONKRET.az xəbər verir ki, sürücü barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə N.Məmmədov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*