AZAL Bakıdan Türkiyəyə olan uçuşları DAYANDIRDIbackend

AZAL Bakıdan Türkiyəyə olan uçuşları DAYANDIRDI

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Türkiyənin İstanbul və Ankara şəhərlərinə uçuşları müvəqqəti dayandırır.

KONKRET.az  xəbər verir ki, bunu oxu24.com-a AZAL-ın prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib. Onun sözlərində görə, Bakı-İstanbul-Bakı (J2175/176) 29 aprel 2021-ci il – 16 may 2021-ci il tarixlərinə və Bakı-Ankara-Bakı (J2 103/104) 29 aprel 2021-ci il – 13 may 2021-ci il tarixlərinə olan reyslər ləğv edilir. Bununla yanaşı, Bakı-Antalya-Bakı (J2 125/126) 12 may 2021-ci il tarixli reysi də ləğv olunub.

Qeyd edək ki, buna səbəb sərnişin axınının aşağı olmasıdır. Alternativ kimi sözügedən tarixlərə olan aviabiletləri “Türk Hava Yolları”nın biletlərinə dəyişmək olar. AZAL-ın qeyd olunan reyslərə satılan aviabiletlərin cərimə tətbiq olunmadan istənilən tarixlərə dəyişdirmək və ya qaytarmaq mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*