Ermənistan silahlı qüvvələrinin ölən 10 əsgərinin cəsədi ölkəsinə təhvil verilib.
KONKRET.az xəbər verir ki, bu barədə mətbuat katibi Aram Torosyan SputnikArmenia-ya bildirib. O qeyd edib ki, meyitlər ekspertizaya göndərilməlidir, indi nəsə demək tezdir.
Eyni zamanda, meyitlərin verilməsi Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə baş tutub.
Bundan əvvəl bəzi teleqram kanallarında meyitlərin təhvil verilməsinin Şuşadə olduğu və bunların sentyabrın 12-13-də baş vermiş hərbi toqquşmadan sonra həlak olan hərbçilər olduğu barədə məlumat yayılıb.
Xuraman Etibarlı,
KONKRET.az
