“Azərbaycan bayrağı Qafanda dalğalanır” – Nalçacyan – VİDEObackend

"Azərbaycan bayrağı Qafanda dalğalanır" - Nalçacyan - VİDEO

“Azərbaycan bayrağı Qafanda dalğalanır”.

KONKRET.az xəbər verir ki, bunu 44 günlük müharibə iştirakçısı və aktyor Tiqran Nalçacyan Facebook səhifəsində yazıb. O, Qafandan video təqdim edib və Azərbaycan bayrağının Qafanın bir neçə inzibati rayonunda dalğalandığını bildirib.

“Mən indi bir hadisənin şahidi oldum. Hakim partiyadan olan adını bilmədiyim bir deputat yüksək səslə Edqar Qazaryana deyirdi ki, guya o, yalan danışır, Qafanda düşmən bayrağı yoxdur.

Şəxsən mən Qafan şəhərinin kənarında öz gözlərimlə görmüşəm. Çarbaxda, Avanda,  Qafan inzibati rayonunda Azərbaycan bayrağının necə dalğalandığını lentə almışam.

Yalan danışan insanlarla nə danışasan?”, – deyə Nalçacyan qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*