“Azərbaycan bayrağının rəngləri pozulmamalıdır” – Paşinyanın bu FOTOsu erməniləri QƏZƏBLƏNDİRDİbackend

"Azərbaycan bayrağının rəngləri pozulmamalıdır" - Paşinyanın bu FOTOsu erməniləri QƏZƏBLƏNDİRDİ

Ermənistanın Baş naziri yenə erməni seqmentinin hədəfinə çevrilib.

KONKRET.az xəbər verir ki, “Facebook”un erməni seqmentinin istifadəçiləri “Vətəndaş müqaviləsi” partiyasının iclasında Nikol Paşinyanın masasının üzərindəki  qum saatının rəng ardıcıllığına diqqətsiz qalmayıblar.

Bu, istifadəçilərə mavi, qırmızı və yaşıl rənglərin ardıcıllığına görə Azərbaycan bayrağını xatırladıb.

İstifadəçilər fotonu paylaşmaqla yanaşı, müxtəlif şərhlər yazıblar.

Onlardan bir neçəsini təqdim edirik:

“Azərbaycan bayrağının rəng ardıcıllığı pozulmamalıdır”.

“Təsadüf, yoxsa düşünülmüş addım?”.

“Qoy bu hamımıza dərs olsun ki, Azərbaycan bayrağının rəngləri pozulmamalıdır”.

“Çox güman ki, bu yolla Nikol çatdırmaq istəyir ki, bizim yaxın tariximizin xronologiyasını Azərbaycan diktə edir”.

Qeyd edək ki, fotonu 50-dən çox istifadəçi paylaşıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*