Millimiz Avstriyaya qarşı – Start heyətlərbackend

Millimiz Avstriyaya qarşı - Start heyətlər

Futbol üzrə Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.

KONKRET.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda Bakıda Avstriyanı qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Görüşün baş hakimi yunanıstanlı Aristotelis Diamantopulos olacaq. F qrupunun digər matçında qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin etmiş Belçika İsveçi qəbul edəcək.

AVRO-2024, seçmə mərhələ

VIII tur

20:00. Azərbaycan – Avstriya

Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, qrupda 6 oyundan sonra Belçika 16 xalla liderdir. Avstriya 13 xalla ikinci, beş matç keçirmiş İsveç 6 xalla üçüncü, Azərbaycan 4 xalla 4-cü sıradadır. Bir xalı olan Estoniya isə sonuncu pillədə qərarlaşıb.

***

Komandaların start heyətləri açıqlanıb:

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev,  6. Höccət Haqqverdi, 5. Anton Krivotsyuk, 4. Rahil Məmmədov,  3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k),  20. Aleksey İsayev,  17. Toral Bayramov, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: Səlahət Ağayev, Rəşad Əzizov,, Mahir Emreli, Emil Səfərov, Cəlal Hüseynov, Nəriman Axundzadə,  Elvin Camalov, Ozan Can Kökçü, Filip Ozobiç, Qismət Alıyev,  Musa Qurbanlı

Avstriya: 12. Aleksander Şlager, 2. Maksimilian Vöber, 4. Ksaver Şlager, 6. Nikolas Seyvald, 7. Saşa Kalayciç, 10. Florian Qrilliç, 15. Filipp Linhart, 16. Romano Şmid, 17. Florian Kaynts, 18. Aleksander Prass, 20. Konrad Laymer (k)

Ehtiyat oyunçular: Hedi, Pentz, Burgstaller, Baidoo, Sabitzer, Sarkariya Lyubiçiç Baumqartner, Vimmer, Seidl, Çam

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*