Ərdoğandan ŞOK AÇIQLAMA – Türkiyədə nə baş verir?backend

Ərdoğandan ŞOK AÇIQLAMA - Türkiyədə nə baş verir?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibəsində dövlətin gələcək inkişafı üçün yeni Əsas Qanunun qəbul edilməsinin vacibliyini xüsusi vurğulayıb. Türkiyə lideri ölkənin hüquqi sistemində köklü dəyişikliklərin vaxtının çatdığını bildirib.

KONKRET.az xəbər verir ki, Ərdoğan 1982-ci ildə qəbul edilmiş hazırkı konstitusiyanın köhnəldiyini və indiyə qədər edilən çoxsaylı düzəlişlərə baxmayaraq, müasir reallıqlara cavab vermədiyini qeyd edib. Prezident mövzu ilə bağlı danışarkən, “Yeni konstitusiya artıq bir lüks deyil, tələbatdır, hətta zərurətdir” deyə vurğulayıb.

Türkiyə dövlət başçısı layihə ilə bağlı hazırlıq mərhələsinin artıq başa çatdığını və cəmiyyətin əsas tələblərinin tam müəyyənləşdirildiyini diqqətə çatdırıb. Yaxın gələcəkdə yeni Əsas Qanun layihəsinin geniş müzakirəyə çıxarılması gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*