Azərbaycan millisinin iki oyununun stadionu müəyyənləşdibackend

Azərbaycan millisinin iki oyununun stadionu müəyyənləşdi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasının C qrupunda keçirəcəyi növbəti iki oyunun məkanı müəyyənləşib.

KONKRET.az xəbər verir ki, oktyabrın 27-də səfərdə Farer adaları yığmasına qarşı görüş Klaksvik şəhərində yerləşən “Djupumyru” stadionunda baş tutacaq.

Ayın 31-də Monteneqro ilə ev matçı isə “Dalğa Arena”da reallaşacaq.

27 oktyabr
17:00. Farer adaları – Azərbaycan
Hakimlər: Yelena Yermolayeva, Liqa Didrike, Diana Vanaqa, Darya Voytexoviça (hamısı Latviya).
Klaksvik. “Djupumyru” stadionu.

31 oktyabr
16:00. Azərbaycan – Monteneqro
Hakimlər: Anastasiya Romanyuk, Aleksandra Vdovina, İrina Petrova, Kristina Kozoro (hamısı Ukrayna).
Bakı. “Dalğa Arena”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*