“Azərbaycan Ordusunun nəzarətinə keçən torpaqların xəritəsi hazırlanıb” – Qeqamyan – FOTObackend

"Azərbaycan Ordusunun nəzarətinə keçən torpaqların xəritəsi hazırlanıb" - Qeqamyan - FOTO

“Bu cür davam etsə, Ermənistan mövcud olmayacaq”.

KONKRET.az xəbər verir ki, bunu erməni türkoloq Varujan Qeqamyan yazıb.

“Ermənistan telekanalının redaktorları 2020-ci ilin noyabrından sonra Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçən torpaqları göstərən xəritə hazırlayıb.

Bu ərazilər qırmızı rənglə vurğulanıb. Sonuncu ərazi bir həftə əvvəl Zəngəzurun Tex kəndində nəzarətə götürülüb.

Deməli, Azərbaycan get-gedə irəliləyəcək. Çünki Ermənistanın türkyönümlü hakimiyyət orqanları onlarla yox, ermənilərlə mübarizə aparır. Hakimiyyət Ermənistan vətəndaşlarına qarşı vuruşur və ölkə uğrunda döyüşməyimizi əngəlləməyə çalışır.

Mövcud vəziyyətin mahiyyəti bundan ibarətdir. Bu hakimiyyət ölkənin başında qalarsa, Ermənistan mövcud ola bilməz”, – deyə Qeqamyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*