Azərbaycan və Britaniyanın hərbi ekspertləri görüşdübackend

Azərbaycan və Britaniyanın hərbi ekspertləri görüşdü

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Azərbaycan və Böyük Britaniya müdafiə nazirliklərinin hərbi təhsil üzrə ekspertləri arasında görüş keçirilib.

KONKRET.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər hərbi təhsil sahəsində razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb, eləcə də hərbi ingilis dili kurslarının təşkilinin və ölkə xaricində keçirilən müxtəlif kurslarda iştirak edən hərbi qulluqçuların təcrübə mübadiləsinin zəruriliyini qeyd ediblər.

Görüşdə iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*