“Azərbaycan və Ermənistan hərbi əməliyyatlar poliqonuna çevrilə bilər”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediasına müsahibəsində diplomat Arman Melikyan deyib.
“İranın dindar hakimiyyətinin devrilməsində maraqlı olan dövlətlərin siyahısı kifayət qədər böyükdür və onların hamısını sadalamaq mənasızdır. Lakin onlardan yalnız üçü İrana qarşı bu cür addım atmağa qadirdir.
Bəziləri isə bu cür hərəkətlərin hazırlanması və həyata keçirilməsi üçün öz ərazilərini və infrastrukturunu təmin etməyə hazırdır. Hesab edirəm ki, Azərbaycan sonunculara aiddir.
Bu zərbələr İranda daxili sabitliyin daha da dərinləşməsinə töhfə vermək məqsədi daşıyır və hakimiyyətin dövlət ərazisini hücumlardan qoruya bilməməsinin sübutu kimi təqdim olunacaq.
İrana hücum regiona, o cümlədən Ermənistana öz təsirini göstərəcək.
İranın dini-dövlət idarəetmə sisteminin süqutu və dünyəvi hakimiyyətə keçidi ölkənin parçalanmasına, regionda yeni dövlət qurumlarının yaranmasına və yeni dövlətlərarası sərhədlərin formalaşmasına səbəb ola bilər.
Son hücum prosesləri bu istiqamətdə hərəkətə gətirən amillərdən biridir.
Rəsmi Tehran ölkənin ərazi bütövlüyünu, milli maraqlarının müdafiəsi üçün qabaqlayıcı hərbi əməliyyatlara əl atmaq variantını mümkün ssenari hesab edərsə, Azərbaycan və Ermənistan hərbi əməliyyatlar poliqonuna çevrilə bilər”, – deyə Melikyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az