Xarici İşlər Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215 min manat ianə ayırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
XİN dövlət başçısının 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215 min manat ianə ayrılmasına dair qərar qəbul edib.
