Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDUbackend

Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDU

Şirvanda toyda insident yaşanıb.

KONKRET.az-ın məlumatına görə, hadisə “Aytac” şadlıq sarayında baş verib.

Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətdə olan polis əməkdaşları küçədən keçərkən mahnının səsini eşidiblər. Hüquq-mühafizə orqanı əməkdaşları şadlıq evinə daxil olaraq, kriminal məzmunlu mahnının səsləndirilməsinə irad bildiriblər. Lakin 1 dəqiqə keçməmiş həmin musiqi yenidən səsləndirilib.

Həmçinin bəyin 48 yaşlı atası polisin qanuni tələbinə tabe olmayıb. Nəticədə o saxlanılaraq, polis şöbəsinə aparılıb. Burada onun barəsində müvafiq maddələrlə protokollar tərtib olunub.

Məhkəmənin qərarı ilə bəyin atası 15 gün müddətinə inzibati qaydada həbs olunub.\\lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*