Akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun baş elmi işçisi, kimya elmləri doktoru İlqar Hacı oğlu Əyyubov vəfat edib.
KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, o müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, İ.Əyyubov mayın 19-da insult keçirərək xəstəxanaya yerləşdirilmişdi.
