Azərbaycanda 2025-ci ildə əmək qabiliyyətli yaşda olan 19 min 977 nəfər vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Bu rəqəm 2024-cı illə müqayisədə 3471 nəfər çoxdur.
Onlardan 13 613-ü kişi, 6364-ü qadınlardır.
Qeyd edək ki, Azərbaycanda 2024-cü ildə kişilər 15-64, qadınlar 15-63 yaşlarında, 2025-ci ildə kişilər 15-64, qadınlar 15-63,5 yaşda əmək qabiliyyətli sayılıb.
