Azərbaycanda ən yüksək əməkhaqqı hansı sahələrdədir?backend

Azərbaycanda ən yüksək əməkhaqqı hansı sahələrdədir?

Bu ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq, 993,2 manat təşkil edib.

KONKRET.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, əməkhaqqı neft-qaz sektorunda 3706,2 manat, qeyri neft-qaz sektorunda 943,3 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 953,3 manat, özəl müəssisələrdə isə 1034,5 manat olub.

Məlumata görə, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

2024-cü ilin yanvar-oktyabr aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı (manatla) siyahısını təqdim edirik:

  • İlham
    Dekabr 18, 2024 - 10:53

    Ölkədə ən aşağı əmək haqqı Mədəniyyət sahəsindədir. 345 AZN. Bunuda 50-55 azni çıxılır vergi haqlarına yerdə qalan vəsait ilə indi gəl dolan görüm necə dolana bilirsən.

İlham üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*