NİİM yol hərəkəti iştirakçılarına növbəti dəfə müraciət edibbackend

NİİM yol hərəkəti iştirakçılarına növbəti dəfə müraciət edib

Ötən gün səhər saatlarında paytaxtın Nizami rayonu, Heydər Əliyev prospketi “Koroğlu” metrostansiyasının yaxınlığında baş verən qəza nəticəsində piyada dünyasını dəyişib. Müşahidə kamerasının qeydə aldığı qəza 12 zolaqlı yolun hərəkət hissəsindən keçməyin nə qədər təhlükəli olduğunu göstərir.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yol hərəkəti iştirakçılarına müraciətində qeyd olunub.

Bildirilib ki, yol hərəkəti iştirakçılarının maariflənməsi üçün mütəmadi aparılan təbliğat işləri, bu istiqamətdə yol-nəqliyyat hadisələrinin real görüntülərinin diqqətə çatdırılması müsbət nəticə versə də, təəsüflər olsun ki, bəzi sürücü və piyadalar bundan nəticə çıxarmırlar.

“Bu ilin üç ayı ərzində paytaxt yollarında qeydə alınan 68 yol-nəqliyyat hadisəsinin 43-ü piyada vurulması ilə bağlı olub. Nəticədə 21 piyada dünyasını dəyişib, 24-ü isə xəsarət alıb. Qəzaların olmaması üçün sürücülər yollarda ilk növbədə diqqətli olmalı, sürət həddinə əməl etməlidirlər. Piyadalar keçidlərdən istifadə etməli, sürücülərin onlara yol verdiyinə tam əmin olduqdan sonra yolu keçməlidirlər”, – deyə müraciətdə vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*