Qırmızı dənizdə strateji əhəmiyyətə malik olan Bab əl-Məndəb boğazı ətrafında yeni gərginlik və iqtisadi risklər gündəmə gəlib.
KONKRET.az xəbər verir ki, Britaniyanın nüfuzlu dəniz nəqliyyatı nəşri xəbərdarlıq edir ki, bölgədə artan hərbi təsir gələcəkdə kommersiya alətlərinə çevrilə bilər. Bəs, boğazdan keçən gəmilər üçün rüsumların tətbiqi real ssenaridirmi?
Məlumata görə, Husilər hərəkatı Hörmüz boğazı ətrafında əldə edilən təcrübədən sonra nəzarəti daha da genişləndirərək onu davamlı iqtisadi və geosiyasi alətə çevirməyə çalışa bilər. Nəşr qeyd edir ki, bu ssenaridə Bab əl-Məndəb boğazından keçən ticarət gəmilərinə rüsumların tətbiqi ehtimalı artır.
Hüquqşünasların fikrincə, Bab əl-Məndəb boğazı materik Yəmən ərazisi ilə Perim adası arasında yerləşir və bu səbəbdən beynəlxalq deyil, Yəmənin daxili suları kimi qiymətləndirilə bilər. Bu isə rəsmi Səna hakimiyyətinə öz dəniz qanunvericiliyinə uyğun olaraq keçidə nəzarət və müəyyən tənzimləmələr tətbiq etmək hüququ verəcək.
Ekspertlər xəbərdarlıq edir ki, belə bir addım beynəlxalq ticarət marşrutlarına ciddi təsir göstərə, yükdaşımaların maya dəyərini artıra və Qırmızı dəniz regionunda yeni geosiyasi qarşıdurmalara yol aça bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
