Türkiyədə azərbaycanlı qadın güllələnərək öldürüldübackend

Türkiyədə azərbaycanlı qadın güllələnərək öldürüldü

Türkiyənin İğdır bölgəsində azərbaycanəsilli qadın yaşadığı evdə ölü tapılıb.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə “İhlas” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, gecə saatlarında evdən gələn silah səsləri ilə əlaqədar qonşular hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Hadisə yerinə gələn asayiş keşikçiləri Əli Mamakın və azərbaycanəsilli Maisə Bayramovanın silahla vurulduqlarını müəyyənləşdiriblər.

Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*