Azərbaycanda hoteldə partlayış baş verdi – YARALILAR VAR / YENİLƏNİBbackend

Azərbaycanda hoteldə partlayış baş verdi - YARALILAR VAR / YENİLƏNİB

Sumqayıt şəhərində istirahət mərkəzində baş verən partlayışla əlaqədar araşdırmalara başlanılıb.

FHN-dən KONKRET.az-a verilən məlumata görə, faktla əlaqədar dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Bildirilib ki, hadisə Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda “Sunset” istirahət mərkəzinin qazanxanasında baş verib. Nəticədə üç nəfər xəsarət alıb.

20:12

Abşeronda hoteldə partlayış olub.

KONKRET.az xəbər verir ki, hadisə Novxanı kəndindəki “SunSet” hotelində qeydə alınıb.

İlkin məlumata görə, hotelin qazanxanasında anidən partlayış baş verib və 3 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, hazırda nazirliyin əməkdaşları əraziyə cəlb edilib: “Yanğın baş verməyib, ilkin məlumata görə qazanxanada partlayış olub”.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*