Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılıb.
KONKRET.az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə bu gün keçirilən iclasında qərar qəbul edilib.
Qərara əsasən, Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.
