Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb.
KONKRET.az APA-ya istinadla xəbər verir ki, hadisə Hacıqabul rayonunun Qarasu kəndində baş verib.
Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Davud Aydın oğlu Məmmədovu ərazidə yerləşən transformatorda yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.
Qeyd edək ki, D.Məmmədov elektrik müəssisəsində rəis müavini vəzifəsində çalışırdı.
Faktla bağlı araşdırma aparılır.
