Azərbaycanda üç zavod satışa çıxarıldı – QİYMƏTLƏRbackend

Azərbaycanda üç zavod satışa çıxarıldı - QİYMƏTLƏR

Azərbaycanın ən iri şirkətlərindən biri olmuş “Gilan Holdinq”in inşa etdirdiyi süd emalı zavodları satışa çıxarılıb.

KONKRET.az-ın məlumatına görə, bunlar Tərtər, Ağcabədi və Zaqatala rayonlarındakı süd emalı zavodlarıdır.

Belə ki, Tərtərin Buruc kəndində yerləşən zavodun tikili sahəsi 4 198,2 kvadratmetrdir. 1,5 hektar əraziyə malik olan müəssisə avadanlıqları ilə birlikdə 1 600 000 manata satılır.

Ağcabədi şəhərində yerləşən digər süd emalı zavodunun tikili sahəsi isə 4500 kvadratmetrdir. 2 hektar ərazini əhatə edən zavod avadanlıqları ilə birlikdə 1 750 000 manata satışa çıxarılıb. (Sfera.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*