ABŞ Oman körfəzində Palau bayraqlı Settebello tankerini vurub.
KONKRET.az xəbər verir ki, bu haqda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial media hesabında açıqlama verilib.
“Ardıcıl ikinci gündür ki, başqa bir gəmi İrandan neft nəql etməyə cəhd edərkən blokadanı pozduqdan sonra ABŞ qüvvələri Oman körfəzində neft tankerini sıradan çıxarıb. Ekipaj ABŞ-nin əmrini yerinə yetirmədikdə, ABŞ təyyarəsi gəminin mühərrik otağına dəqiqliklə idarə olunan sursatlarla atəş açıb”, – məlumatda deyilir.
