DTX tərəfindən saxlanılan Saleh Səmədovdan xəbər varbackend

DTX tərəfindən saxlanılan Saleh Səmədovdan xəbər var

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə DTX tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

KONRKET.az APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs Saleh Səmədov ifadə verib.

O, özünü qismən təqsirli bildiyini deyib. Növbəti proses iyulun 1-nə təyin olunub.

Xatırladaq ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. O, ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*