Ölkəmizin Dağlıq Qarabağ bölgəsinin əsas şəhərlərindən sayılan Xankəndində VII Pan-Erməni Yay Oyunlarının açılış mərasimi keçirilib. Konkret.az erməni mediasına istinadən xəbər verir ki, mərasim şəhərin əsas stadionunda baş tutub. Oyunlara dünyanın 145 şəhərindən 5000-ə yaxın idmançı qatılıb. Bəzi idman növləri üzrə yarışlar Xankəndində və Dağlıq Qarabağın digər iki şəhərində keçiriləcək və əsas mübarizə İrəvanda gedəcək. Açılış mərasimində Baş nazir Nikol Paşinyan, Bako Sahakyan və digər yüksək vəzifəli şəxslər, həmçinin Diaspor nümayəndələri iştirak ediblər. Beləliklə, “ac ermənilər” növbəti dəfə həyasızcasına bu torpaqlardan əl çəkməyəcəkləri mesajını verdilər.
Konkret.az
