Azərbaycanda yeni media təşkilatı yarandı – FOTObackend

Azərbaycanda yeni media təşkilatı yarandı - FOTO

Yeni yaradılan qurumun təsisçiləri ictimaiyyətə müraciət yayımlayıb.

KONKRET.az müraciəti təqdim edir:

“Dəyərli həmkarlar, əziz oxucular, heç şübhəsiz, yaşadığımız XXI əsr informasiya əsridir. Biz artıq tez-tez belə bir ifadə ilə rastlaşırıq ki, media çox vaxt ictimai rəyə təsir edə, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələ bilmir. Bu isə o deməkdir ki, cəmiyyətdə mediaya inamsızlıq hökm sürür, baş vermiş hadisələrin əhəmiyyətinə diqqət yetirilmir.

Qərəzli, oxucuların haqlı tələb və təkliflərinə, müraciətlərinə peşəkar yanaşmayan xeyli sayda media orqanlarının mövcudluğu sırasında yeni bir onlayn informasiya məkanına ciddi tələb yaranır.

Bu baxımdan Onlayn Media Klubu yuxarıdakı tələbləri ödəyəcək bir layihə olaraq meydana gəldi. Bu media orqanı işini peşəkarlıq, dövlətçilik baxışı, əksəriyyət oxucu zövqünü təmin etmək prinsipi üzərində quraraq düşündürücü mövzularda bir müzakirə masası yaradacaq.

Klubun həmtəsisçiləri Demokrat.az, Konkret.az, Pravda.az və digər KİV təmsilçiləridir.

Ölkəmizdə və dünyada baş verən prosesləri açıq və müqayisəli, əsaslı və güclü şəkildə ictimaiyyətə çatdırmaq, həmkarlarımızı ətrafımıza toplamaqla informasiya azadlığının yeni mərhələsini yaratmaq istiqamətində mühüm səylər həyata keçirəcəyik. Əminik ki, Onlayn Media Klubu bu sahədə öz sözünü deyəcək, ictimai fikrə təsir imkanlarını artıra biləcək.

Biz öz fəaliyyətimizlə xüsusən əsas problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ideoloji işlərin həyata keçirilməsinə öz töhfəmizi verəcəyik.

Amma bu işlərin tam uğurla başa çatdırılması üçün həmkarlarımızın birliyinə ehtiyac var.

Hədəflərimizə çatmağımızın əsl məqamıdır!”

Onlayn Media Klubunun İdarə Heyəti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*