“Rusiya ilə Azərbaycan arasında son zamanlar zəifləmiş mədəni və humanitar əlaqələri yenidən canlandırmağın vaxtıdır”.
KONKRET.az Bizim.Media-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin TASS-a verdiyi müsahibədə bildirib.
Diplomat vurğulayıb ki, sıx mədəni və humanitar əlaqələr olmadan tam hüquqlu ikitərəfli əməkdaşlığı təsəvvür etmək mümkün deyil:
“Bizim perspektivli layihələrimiz var, məsələn, Azərbaycanda Sankt-Peterburq Dövlət Universitetinin nəzdində birgə universitetin yaradılması, iki ölkənin Moskva və Bakıda səfirlikləri nəzdində məktəblərin yaradılması kimi”.
