SEPAH-ın kəşfiyyat bölməsinin əməkdaşları Hörmüzqan əyalətində üçü qadın olmaqla, daha dörd nəfəri həbs edib.
KONKRET.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.
Onların müharibə vaxtı hədəf alınan yerlərin və hərbi qüvvələrin yerləşdiyi məkanların foto və videolarını xaricdəki farsdilli mediaya göndərdikləri bildirilib.
İran televizyası saxlanılanların etiraf görüntülərini yaysa da, onların kimliyi barədə açıqlama verilməyib.
